Dumanlı hava yollarda təhlükə yarada bilər - | XƏBƏRDARLIQ

 Dumanlı hava yollarda təhlükə yarada bilər -  | XƏBƏRDARLIQ
  16 Mart 2025    Oxunub:775
Sinoptiklərin məlumatına əsasən martın 17-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
AzVision.az
xəbər verir ki, bununla əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Dumanlı havanın texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını nəzərə alaraq, qeyd olunan bölgələrə səfər edən sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti